
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 24-də və 25-də ümumi çəkisi 13,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
EmpaTV.az Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən bildirir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 24-də və 25-də ümumi çəkisi 13,9 kiloqramdan artıq narkotik vasitə, 50 ədəd metadon həbi və 321 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.