Lənkəranda polisin əməliyyatı zamanı 10 kiloqram narkotik vasitə aşkarlanıb

Lənkəranda polisin əməliyyatı zamanı 10 kiloqram narkotik vasitə aşkarlanıb


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş 57 yaşlı Elçin Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Empatv.az-a verilən məlumata görə, ondan 10 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Top