Keçmiş məhkumlardan narkotik vasitə aşkarlanıb

Keçmiş məhkumlardan narkotik vasitə aşkarlanıb


DİN-dən Empatv.az-a verilən məlumata görə polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Daxil olan əməliyyat məlumatları əsasında polis əməkdaşlarının Sumqayıt şəhəri və Xətai rayonlarında həyata keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuşlar - 32 yaşlı E.Bayramov və 45 yaşlı S.Əkbərov saxlanılıblar. Onlardan 1 kiloqramdan artıq narkotik vasitə və 50 psixotrop tərkibli həb aşkarlanıb.

Araşdırma aparılır.
Top