Polis Ağcabədidə 8 kiloqram narkotik vasitələr aşkarladı

Polis Ağcabədidə 8 kiloqram narkotik vasitələr aşkarladı


DİN-dən Empatv.az-a verilən məlumata görə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tariyel Həsənov və bir yeniyetmə saxlanılıb. İdarələrində olan avtombilə baxış zamanı 6 kiloqram marixuana və 2 kiloqram heroin aşkarlanıb. Onlar narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, T.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Top