Bakıda xuliqanlıq niyyəti ilə maşınla adam vuran şəxs saxlanılıb, cinayət işi başlanılıb
Bakının Xətai rayonunda yayılan görüntülərlə bağlı cinayət işi başlanılıb.
DİN-in Mətbuat Xidmətindən Empatv.az-a bildirib ki, hadisə mayın 20-də qeydə alınıb. İnsident zamanı Rauf Şamxalov idarə etdiyi “Hyundai” markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.