Bank kartlarından külli miqdarda vəsait oğurlandı – vətəndaşlara XƏBƏRDARLIQ
Mayın 27-də bir neçə vətəndaşın bank kartlarından müxtəlif məbləğlərdə – 3000, 2000, 1003, 696, 660, 426, 300, 270, 220, 111, 110 və 51 manat pul vəsaiti kiber üsullarla oğurlanıb.
EmpaTV.az-a Daxil İşlər Nazirliyindən gələn məlumata görə, zərərçəkənlərin kart məlumatları dələduzların əlinə keçib və onlar bu məlumatlardan sui-istifadə edərək hesabları boşaldıblar.
Mütəxəssislər və bank qurumları vətəndaşları diqqətli olmağa çağırırlar. Bildirilir ki, bank kartının üzərindəki CVV/CVC kodları, eləcə də SMS vasitəsilə göndərilən OTP kodları ciddi məxfi məlumatlardır və onların heç bir halda üçüncü şəxslərlə paylaşılması yolverilməzdir.
Vətəndaşlara xəbərdarlıq edilir: Naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verməyin. Cəlbedici qazanc, sığorta, viza dəstəyi, bank hesablarının gücləndirilməsi və ya ödənişlərə dair şübhəli təkliflərlə rastlaşdıqda dərhal əlaqəni kəsin və həmin nömrəni bloklayın.
Rəqəmsal təhlükəsizlik üzrə mütəxəssislər və hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparırlar.