
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.
DİN-dən Empatv.az-a verilən məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 27-də ümumi çəkisi 9,5 kiloqramdan artıq narkotik vasitə, 21 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 1,6 ton çəkidə 5331 ədəd çətənə kolu məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.