Mayın 27-də ölkə üzrə 59 cinayətin üstü açıldı
Mayın 27-də respublika ərazisində 49 yeni cinayət faktı qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması da təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, empatv.az saytı xəbər verir.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif səbəblərlə axtarışda olan 116 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 85 nəfəri borclu şəxs qismində axtarışda olanlardır.
Eyni zamanda, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 33, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması üzrə isə 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən ümumilikdə 51 nəfər saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb.