Lerikdə meşədə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.

Lerikdə meşədə narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.


Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Hidayət Zaidov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Empatv.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətində və rayonun Qılqılov kəndindəki meşəlik ərazidə xüsusi qulluq göstərərək yetişdirdiyi ümumilikdə 321 ədəd çətənə bitkisi, əlavə olaraq 1 ədəd qanunsuz saxladığı "İJ" markalı ov tüfəngi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.

Top