Mayın 28-də ölkə ərazisində 49 cinayətin üstü açılıb

Mayın 28-də ölkə ərazisində 49 cinayətin üstü açılıb


Mayın 28-də ölkə ərazisində ümumilikdə 49 cinayətin açılması təmin olunub. Bunlardan 47-si həmin gün, 2-si isə əvvəlki dövrlərə aid olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Empatv.az-a verilən məlumata görə, empatv.az xəbər verir.

Polis əməkdaşları tərəfindən axtarışda olan ümumilikdə 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 18-i borclu şəxs qismində axtarışda olub.
Həmin gün ərzində narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 7 fakt aşkarlanıb.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Top