Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı


Gecə saatlarında paytaxtın Xətai rayonu, Xocalı prospekti ilə Fəzail Bayramov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən üzərində piyada və velosiped bölməsinin də olduğu nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək məqsədilə sıradan çıxan svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.
Top