
Qəza baş verdi, nəqliyyat sıxlığı yarandı
Xətai rayonu, 8 Noyabr prospektinin Süleyman Əhmədov küçəsi ilə kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəzada iştirak edən nəqliyyat vasitələrinin sürücüləri avtomobilləri yolun kənarına çəkmək əvəzinə, sığorta əməkdaşlarını gözləmələri səbəbindən hazırda mərkəz istiqamətində sıxlıq yaranıb.
Sərbəst hərəkəti təmin etmək məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Sərbəst hərəkəti təmin etmək məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.