DİN tərəfindən qanunsuz dövriyyədən çıxarılmış 4 tondan artıq narkotik vasitə və psixotrop tərkibli həb məhv edildi
Mayın 29-da məhkəmə qərarları ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının növbəti məhv edilməsi prosesi keçirilib.
Empatv.az bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən xəbər verir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə *Daxili İşlər Nazirliyi* tərəfindən qanunsuz dövriyyədən çıxarılan və *2334* məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş *4 ton 555 kiloqram* müxtəlif narkotik vasitə və *93 min 228 ədəd* psixotrop tərkibli həb “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin ərazisində məhv edilib.