Paytaxt ərazisində avtomobildən oğurluq edənlər saxlanılıblar
Paytaxtın Qaradağ rayonunda bir nəfərə məxsus avtomobildən 1300 manat oğurlanıb.
DİN-dən Empatv.az-a verilən məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 48 yaşlı R.Ağayev saxlanılıb.
Nəsimi rayonunda baş vermiş analoji hadisə nəticəsində də avtomobildən 700 dollar talamaqda şübhəli bilinən 38 yaşlı R.Süleymanov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.