
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 30-da ümumi çəkisi 24 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN-dən Empatv.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqrama yaxın heroin, 19 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın metamfetamin olub.
Yabanı halda bitmiş 3206 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Yabanı halda bitmiş 3206 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.