Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilib
Naxçıvan şəhərində “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilib.
Empatv.az xəbər verir ki, mayın 30-da Heydər Əliyev Sarayında Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025” baş tutub.
Tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi (MEDİA), Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. İştirakçılar Ulu Öndərin xatirəsini ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
Sonra Heydər Əliyev Sarayının foyesində təşkil olunmuş sərgi zonaları və stendlərlə tanışlıq olub. Burada “Şərq qapısı” qəzeti, Naxçıvan televiziyası (NTV), Naxçıvan Dövlət Universiteti və “Məktəbli” qəzeti stendlərində Naxçıvan mediasının fəaliyyəti, tarixi, müasir media məhsulları və gənc jurnalistlərin fəaliyyətlərinə dair materiallar nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər konfrans iştirakçıları gənc jurnalistlərin hazırladıqları lövhəyə öz arzularını qeyd ediblər.
Naxçıvan televiziyasının stendinə baxış zamanı televiziyanın "Azerspace-1" peyki üzərindən rəsmi yayımı həyata keçirilib.
Sonra “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı öz işinə başlayıb. Konfransın əvvəlində milli mətbuatın tarixindən və müasir inkişafından bəhs edən videoçarx izlənilib, səhnəcik nümayiş etdirilib.
Sonra milli mətbuatımızın tarixindən və müasir inkişafından bəhs edən videoçarx izlənilib və səhnəcik nümayiş etdirilib.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda mətbuatın inkişafı sahəsində əsaslı işlərin görüldüyünü, dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoyduğunu, Prezident İlham Əliyevin milli mətbuatın inkişafına xüsusi qayğı göstərdiyini vurğulayıb. O, dövlət başçısının “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 25 aprel tarixli Sərəncamı mətbuatın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirib.
Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov çıxışında konfransın Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacağını bildirərək qlobal informasiya mühitinin media trendlərinin formalaşmasına təsirindən danışıb. Qeyd edib ki, qlobal media forumlarında Prezident İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda başlıca vəzifəsi cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək olan mediaya diqqət və qayğının müstəsna təzahürüdür.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov çıxışında bildirib ki, milli mətbuatın 150 illik yubileyi kimi tarixi bir hadisə ərəfəsində Naxçıvanda MEDİAFEST-in keçirilməsi simvolik məna daşıyır. Çünki mədəni və intellektual irsin formalaşmasında müstəsna rol oynayan, maarifçilik ideyalarının daşıyıcısı olan Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur. Son illər Naxçıvan mediasının ölkənin sosial-iqtisadi inkişafında, mədəni irsinin tanıdılmasında və ölkənin ümumi media strategiyasına inteqrasiyasında mühüm addımlar atılıb. Bugünkü tədbir də bu prosesə və Naxçıvan mediasının daha da inkişafına yeni təkan verəcək.
Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Prezidentinin milli mətbuatın 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamından bəhs edərək bu addımı dövlətin mediaya ciddi dəstəyinin nümayişi kimi dəyərləndirib. Milli mətbuatın inkişaf tarixinə diqqət çəkən Rəşad Məcid Ümummilli Lider Heydər Əliyevin ölkədə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində atdığı mühüm addımlardan danışıb. O əlavə edib ki, xüsusilə, 1990-1993-cü illərdə Ulu Öndərin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə "Şərq qapısı" qəzeti və Naxçıvan televiziyasının yaratdıqları salnamələr onların arxivlərində qorunur. Bu dəyərli mənbələr bu gün üçün də böyük məxəzdir və Ümummilli Liderin şəxsiyyətini daha yaxından tanımaqda önəmli rol oynayır.
Tədbir müddətində Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə beynəlxalq media təmsilçilərinin təbrik videoları təqdim olunub. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun, “Anadolu” Agentliyinin baş direktoru Sərdar Qaragöz, Özbəkistan Gənc Jurnalistlər Birliyinin sədri Şöhrət Arif, Avropa Xəbər Agentliyinin İtaliya nümayəndəsi Karlo Marino və Qazaxıstan televiziyasının Xəbərlər Departamentinin direktoru Beynequl Abayova Azərbaycan mediasını yubiley münasibətilə təbrik ediblər.
Konfrans çərçivəsində “Dezinformasiya və fake news-larla mübarizə” mövzusunda panel müzakirəsi keçirilib. MEDİA-nın Naxçıvan Regional İdarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə baş tutan paneldə Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, jurnalist Rüfət Həmzəyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Elşad Eyvazlı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov fikirlərini bölüşüblər.