“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib

“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib


“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib.

Empatv.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Ədliyyə Nazirliyi “Bələdiyyələrlə iş” informasiya sisteminin fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Ədliyyə Nazirliyi ilə birlikdə “Bələdiyyələrlə iş”
informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.
Top