Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsi yaradıldı - SƏRƏNCAM

Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsi yaradıldı - SƏRƏNCAM


Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsi yaradıldı - SƏRƏNCAMAzərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Empatv.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncamla BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Samir Nuriyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Təşkilat Komitəsinin üzvləri:

Anar Quliyev - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının milli koordinatoru

Sahil Babayev - Azərbaycan Respublikasının maliyyə naziri

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri

Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Emin Əmrullayev - Azərbaycan Respublikasının elm və təhsil naziri

Hikmət Hacıyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Şahmar Mövsümov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri

Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Arif Səmədov - Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi

Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Vüqar Əhmədov - "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri

Aygün Əliyeva - Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru

Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Səbinə Hacıyeva - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi

Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüqar Qurbanov - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru

Ceyran Mahmudova - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru

Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru

Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

İlqar Musayev - Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi

Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Balababa Rzayev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri

Gülşən Rzayeva - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini

Umayra Tağıyeva - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Səadət Yusifova - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.
Top