ABŞ-də sərnişin təyyarəsi qəzaya uğrayıb, xəsarət alanlar var
ABŞ-nin Tennessi ştatında sərnişin təyyarəsi qəzaya uğrayıb.
Empatv.az-ın xəbərinə görə, bu barədə CNN ştatın yol patrul xidmətinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, hadisə zamanı təyyarədə 16-20 nəfər olub. Zərərçəkənlərin bəziləri helikopterlərlə yaxınlıqdakı tibb müəssisələrinə təxliyə edilib, digər zərərçəkənlərə isə hadisə yerində yardım göstərilib. Yaralıların dəqiq sayı açıqlanmır.
CNN-in məlumatına görə, qəzaya uğrayan təyyarə paraşütlə tullanmalar üçün istifadə edilib.
Hadisənin təfərrüatı və zərərçəkənlərin sayı dəqiqləşdirilir. Xilasetmə xidmətləri qəza yerində işlərini davam etdirir.