Ermənistanda atışma olub, xəsarət alanlar var

Ermənistanda atışma olub, xəsarət alanlar var


Ermənistanın Kotaysk vilayətində kütləvi dava və atışma olub.

Bu barədə Empatv.az  yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə dünən yerli vaxtla saat 21:30-da qeydə alınıb. Dava zamanı 1 nəfər odlu silahdan açılan atəşlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, qonaq evində baş verən davada daha iki nəfər müxtəlif xəsarətlər alıb.

Hadisənin tərəffüatları açıqlanmır. Araşdırma aparılır.
Top