Ronaldu millinin heyətindəki qolların sayına görə dünya rekordunu yeniləyib

Ronaldu millinin heyətindəki qolların sayına görə dünya rekordunu yeniləyib


Portuqaliyalı hücumçu Kriştianu Ronaldu millinin heyətində qolların sayına görə dünya rekordunu yeniləyib.

Empatv.az  xəbər verir ki, o buna İspaniya millisi ilə UEFA Millətlər Liqasının final matçında (2:2, p. - 5:3) fərqlənməklə nail olub.

Ronaldu millinin heyətində 138-ci qolunu vuraraq dünya rekordunu yeniləyib. Bu göstəricidə ikinci yerdə millinin heyətində 112 qolu olan argentinalı hücumçu Lionel Messi qərarlaşıb.

Qeyd edək ki, Ronaldu Portuqaliya millisi ilə üçüncü kubokunu qazanıb. O, 2019-cu ildə Millətlər Liqasının, 2016-cı ildə isə Avropa çempionatının qalibi olub.

Qırx yaşlı hücumçu həm də UEFA Millətlər Liqasının finalları tarixinin ən yaşlı iştirakçısı olub.
Top