Azərbaycan BMT-nin Okean Konfransında təmsil olunub

Azərbaycan BMT-nin Okean Konfransında təmsil olunub


Azərbaycan Fransa və Kosta-Rikanın birgə təşkil etdiyi "BMT-nin Okean Konfransı 2025"də təmsil olunub.

Empatv.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva "X" hesabında paylaşım edib.

"Azərbaycanı təmsil etmək mənim üçün böyük şərəfdir. Artıq okeanı qorumaq və ondan davamlı şəkildə istifadə etmək üçün bütün tərəfləri səfərbər etməyin və tədbirləri sürətləndirməyin vaxtıdır!" - paylaşımda qeyd olunub.
Top