Lamin Yamal "Transfermarkt"ın ən bahalı futbolçusu olub
"Barselona"nın və İspaniya millisinin vingeri Lamin Yamal "Transfermarkt" portalına görə dünyanın ən bahalı futbolçusu olub.
Empatv.az-ın məlumatına görə, onun dəyəri 200 milyon avro qiymətləndirilir.
Yenilənmiş reytinqdə 17 yaşlı Yamalın dəyəri 20 milyon avro artıb. O, həmçinin Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə görə ən bahalı oyunçu olub. Təşkilat onun bazar dəyərini 402,3 milyon avro olaraq qiymətləndirib.
"Transfermarkt"a görə Lamin Yamaldan başqa, ən bahalı 10 oyunçu siyahısına aşağıdakılar daxildir:
Cud Bellinqem ("Real") - 180 milyon avro
Erlinq Holann ("Mançester Siti") - 180 milyon avro
Kilian Mbappe (“Real”) – 180 milyon avro
Vinisius Junior ("Real") - 170 milyon avro
Bukayo Saka ("Arsenal") - 150 milyon avro
Pedri ("Barselona") - 140 milyon avro
Florian Virtz ("Bayer 04") - 140 milyon avro
Camal Musiala ("Bavariya") - 140 milyon avro
Federiko Valverde ("Real") - 130 milyon avro
"Barselona"nın heyətində Lamin Yamal ikiqat İspaniya çempionu, həm də ölkə kubokunun və Superkubokunun qalibi olub. Onun klubla müqaviləsinin müddəti 2031-ci ilə qədərdir. O, İspaniya millisi ilə 2024-cü ildə Avropa çempionatının qalibi olub və turnirin ən yaxşı gənc oyunçusu kimi tanınıb.