Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin İkinci Qurultayı keçiriləcək

Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin İkinci Qurultayı keçiriləcək


Gürcüstanın paytaxtı Tbilisidə iyunun 28-də Azərbaycandilli Məktəblərin Müəllimlərinin II Qurultayı keçiriləcək.

Empatv.az xəbər verir ki, bu barədə “Maarif” təşkilatının direktoru Aygül İsayeva məlumat verib.

O qeyd edib ki, qurultayın məqsədi dövlət qurumlarının diqqətinə azərbaycandilli məktəblərdə yaşanan problemləri və həlli yollarını çatdırmaq, fikir mübadiləsi aparmaq və perspektivləri müəyyən etməkdir.

Panel müzakirələrdə məruzəçilər kadr çatışmazlığı, ana dili, dövlət dili, ikidilli (bilinqual) təhsil sistemi, inklüziv təhsil, dərsliklərdəki problemlər, infrastruktur məsələləri və s. mövzulara toxunacaqlar. Qurultayda azərbaycandilli məktəblərdə dərs deyən müəllimlərlə yanaşı, dövlət qurumlarının, diplomatik korpusların və təhsil sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri də iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı 2023-cü ilin iyun ayında keçirilib.
Top