Tramp G7 sammitində bir sıra ölkələrin liderləri ilə görüşəcək

Tramp G7 sammitində bir sıra ölkələrin liderləri ilə görüşəcək


ABŞ Prezidenti Donald Tramp “Yeddilik Qrupu” (G7) sammiti zamanı bir sıra ölkələrin liderləri ilə təkbətək görüşlər keçirəcək.

Empatv.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi növbəti brifinqdə bildirib.

“Prezidentlə digər xarici liderlər arasında kifayət qədər təkbətək görüşlərin olacağını təsdiqləyə bilərəm”, - mətbuat katibi bildirib.

Ondan Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də Braziliya və Meksika liderləri Luis İnasio Lula da Silva və Klaudiya Şeynbaumla belə görüşlərin olub-olmayacağına aydınlıq gətirmək istənilib. Livitt əlavə edib ki, hazırda bütün görüşlərin qrafiki dəqiqləşdirilir və bu barədə jurnalistlərə daha sonra məlumat veriləcək.

G7-nin sammiti iyunun 15-17-də Kanadanın Alberta əyalətində keçiriləcək.
Top