İranın İsrailə zərbələri nəticəsində 1 nəfər ölüb, 63 nəfər yaralanıb

İranın İsrailə zərbələri nəticəsində 1 nəfər ölüb, 63 nəfər yaralanıb


İsraildə İranın raket zərbələri nəticəsində azı 35 nəfər yaralanıb.

Empatv.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Milli Tibb Xidmətinin direktoru Eli Bin bildirib.

Onun sözlərinə görə, iki nəfərin vəziyyəti ağırdır, digərləri qəlpələrdən yüngül və ya orta dərəcəli xəsarətlər alıblar.

İsrail polisi bildirib ki, hazırda mina təmizləyənlər raketlərin düşdüyü yerlərdə işləyirlər. Məlumata görə, Təl-Əvivin Maliyyə Mərkəzi, İsrail Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təl-Nof Hava Bazası, Hayfa bölgəsində bir neçə nöqtə, Qəzza sahilində qaz platforması zərbələrə məruz qalıb.
Top