Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil

Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil


Azərbaycan Dövlət Televiziyası İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərə görə tamaşaçılardan üzr istəyib.

Empatv.az  xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:

“AzTV Xəbər”in 20.00 buraxılışında İran İslam Respublikasının sabiq Prezidenti Mahmud Əhmədinejada qarşı sui-qəsd törədilməsi ilə bağlı məlumat verilib.

Xəbər rəsmi mənbələrdə təsdiqini tapmadığına görə, tamaşaçılardan üzr istəyirik”.
Top