Əbu-Dabidən Qəbələyə ilk birbaşa aviareys açılıb
Bu gün Qəbələ Beynəlxalq Hava Limanına Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidən ilk birbaşa reys gəlib.
Empatv.az-ın məlumatına görə, reys Əbu-Dabi-Qəbələ-Əbu-Dabi marşrutu üzrə yeni istiqamət açan Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” tərəfindən həyata keçirilib.
Uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək. İlk uçuş iyunun 19-da baş tutub.
Aviaşirkətin kommersiya direktoru Tamara Vallua bildirib ki, “Wizz Air Abu Dhabi” Azərbaycanda yeni istiqamətlərin açılması imkanını nəzərdən keçirir.
"İndiyə qədər yalnız Bakıya reyslərimiz var idi. Bu gün Qəbələyə ilk reysimiz baş tutdu. Pandemiyadan sonra buraya enən ilk kommersiya aviaşirkəti olmaqdan çox məmnunuq. Bu hadisə bizim üçün böyük əhəmiyyət kəsb edir. Bunlarla paralel olaraq biz digər mümkün istiqamətləri də nəzərdən keçiririk. Eyni zamanda Qəbələyə reyslərin tezliyini artırmaq və Azərbaycanın digər şəhərlərinə də uçuşlar həyata keçirmək imkanını qiymətləndiririk. Məsələn, həftədə üç reys əvəzinə biz gündəlik reysə keçmək istərdik. Bu ölkənin hava limanları ilə razılaşmalara nail olan kimi mən şəxsən istər Bakıya, istərsə də başqa şəhərə gələcəyəm. Biz cari danışıqları pozmamaq üçün rəsmi açıqlama verəcəyik", - o vurğulayıb.
Qeyd edək ki, birbaşa hava əlaqəsinin açılması Azərbaycanın regionlarına turist axınının inkişafına töhfə verir.
Dövlət Turizm Agentliyinin məlumatına görə, cari ilin yanvar-may aylarında ölkəyə 979 963 turist gəlib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur. Təkcə may ayında Azərbaycan 264 079 xarici qonaq qəbul edib ki, bu da bir il öncəki göstəricidən 2 % çoxdur.