Bakıdakı UFC turnirindən əvvəl rəsmi çəkiölçmə mərasimi keçirilib
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirindən əvvəl idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib.
Empatv.az-ın məlumatına görə, bu mərhələdə yarışdakı bütün MMA döyüşçüləri təxminən bir saat ərzində çəkidən keçiblər.
“UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Gecənin əsas görüşündə Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.
Azərbaycan təmsilçilərindən Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə üz-üzə gələcək.