Gəncədə qanunsuz tikililər sökülüb

Gəncədə qanunsuz tikililər sökülüb


Gəncədə qanunsuz tikililər sökülüb.

Bu barədə Empatv.az Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata əsasən xəbər verir.

Bildirilib ki, şəhərdə qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət idmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.
Top