Azərbaycanın multikulturalizm və tolerantlıq modeli Almaniyada müzakirə ediləcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 24-26-da Almaniyaya səfər edəcək.
Bu barədə Empatv.az Komitədən verilən məlumata əsasən xəbər verir.
Qeyd edilib ki, səfərin məqsədi Azərbaycanın multikulturalizm və tolerantlıq modeli, müxtəlif dini və etnik qruplar arasında dinc birgəyaşayışın təşviqinə yönəlmiş dövlət siyasəti barədə Almaniya ictimaiyyətini daha geniş məlumatlandırmaq, bu ölkənin dini təşkilatları və siyasi qurumları ilə əməkdaşlıq imkanları barədə müzakirələr aparmaqdır.
Səfər çərçivəsində Almaniyanın dövlət rəsmiləri və siyasətçiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Bundan başqa, nümayəndə heyətinin Almaniyanın bir sıra dini və tarixi məkanlarını ziyarət etməsi planlaşdırılır.
Nümayəndə heyəti Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək “Müxtəliflikdə birlik: Dinlərarası səslər dialoqda” adlı tədbirdə də iştirak edəcək.