Bakı-Quba yolunda avtomobil aşıb, ölən və xəsarət alan var

Bakı-Quba yolunda avtomobil aşıb, ölən və xəsarət alan var


Bakı-Quba yolunda ölümlə nəticələnən avtomobil qəzası olub.

Empatv.az-ın məlumatına görə, Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı “Infinity” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü 1977-ci il təvəllüdlü Həsən Şamil oğlu Şabanov hadisə yerində ölüb, maşında olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Top