Muğam Səhnəsində Gözlənilməz An – Xalq Artisti Mələkxanım Əyyubova Canlı Efiri Tərk Etdi!

Dünən baş tutan IX “Muğam” Televiziya Müsabiqəsinin növbəti dinləmələri zamanı gözlənilməz hadisə yaşandı.
Belə ki, müsabiqənin 7-ci həftəsinin birinci yarımqrupu üzrə dinləmələri zamanı azyaşlı ifaçı Əhəd Ağayevin çıxışından dərhal sonra qiymətləndirmə mərhələsində xalq artisti, münsiflər heyətinin üzvü Mələkxanım Əyyubovanın səhhəti qəfil pisləşdi.
Hadisə zamanı canlı efiri idarə edən aparıcılardan Mümtaz Xəlilzadə tamaşaçılara bu sözlərlə müraciət etdi:
“Münsiflər arasında Mələkxanım Əyyubova da var. Amma səhhətində kiçik problem yaşadığı üçün bizim canlı efiri tərk etdi. Lakin arzulayırıq ki, efirimizin sonuna qədər yenidən münsiflərin sırasına qatılsın. Ona şəfa diləyirik.”
Hazırda xalq artistinin səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib. Tamaşaçılar və müsabiqə iştirakçıları sənətkarın tezliklə sağalaraq yenidən səhnəyə qayıtmasını arzulayırlar.

Xəbəri hazırladı : Aysu Qədirli