Azərbaycan Taekvondo Federasiyasının nümayəndəsi beynəlxalq turnirdə Təşkilat Komitəsinin rəhbəri olacaq

Azərbaycan Taekvondo Federasiyasının nümayəndəsi beynəlxalq turnirdə Təşkilat Komitəsinin rəhbəri olacaq


Azərbaycan Taekvondo Federasiyasının (ATF) nümayəndəsi, beynəlxalq dərəcəli hakim Coşqun Nadirov Gürcüstanda keçiriləcək “IMERETI OPEN 2025” beynəlxalq taekvondo turnirinə Təşkilat Komitəsinin rəhbəri qismində dəvət alıb.

Bu barədə Empatv.az ATF-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, iyunun 26–29-u aralığında baş tutacaq yarışın təşkili və idarə olunmasında azərbaycanlı mütəxəssisə üstünlük verilməsi ölkəmizin taekvondo sahəsindəki yüksək nüfuzunun göstəricisidir.

Qeyd edək ki, Coşqun Nadirov bir sıra beynəlxalq yarışlarda hakim kimi uğurlu çıxış etmiş, peşəkarlığı ilə tanınan təcrübəli mütəxəssislərdəndir.
Top