İfası Fransada səslənən sənətkar — Qəndab Quliyevanın anım günü
26 iyun , bu tarix sadəcə təqvimdə bir gün deyil, Azərbaycan muğam sənətində silinməz iz qoymuş,ifası Fransada "Muğam Antologiyası" CD-sinə daxil edilən unudulmaz bir səsin – Qəndab Quliyevanın anım günüdür.
Onun səsi yaddaşlara elə hopub ki, illər ötsə də, köhnə lent yazılarında səslənən bir muğamda, bir xalq mahnısında o doğma və səmimi səsi eşidəndə keçmişin pəncərəsi aralanır.
1949-cu ildə Füzuli rayonunda anadan olan Qəndab Quliyeva musiqiyə olan sevgisi və sənətə bağlılığı sayəsində qısa müddətdə böyük səhnələrə yol tapdı. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solisti kimi fəaliyyət göstərən sənətkar xalq mahnılarını və muğamları sadəcə ifa etmirdi , ifaları ilə onları yaşdırdı, sevdirirdi, hiss etdirirdi. Məsələn,onun ifasında səslənən “Xaric Segah” muğamı hər kəsin ruhunu oxşayır, səsi ilə dinləyiciləri səssizliyə qərq edirdi.
Səhnə fəaliyyəti ilə yanaşı, Qəndab Quliyeva müxtəlif illərdə olan lent yazıları və konsert proqramlarında səsləndirdiyi muğamlarla yadda qalmış, ifaları televiziya və radio arxivlərində qorunub saxlanılmışdır. Onun hər bir ifasında sənətkar ustalığının izləri duyulurdu.
2017-ci ilin 26 iyununda bu dəyərli sənətkar bu dünyadan köçdü. Lakin belə sənətkarlarımız unudulmur, onlar xatirəyə çevrilir, yaddaşlarda yaşayırlar.
Bu gün Qəndab Quliyevanı anmaq, əslində, Azərbaycan musiqisinin bir dövrünü, bir nəfəsini, bir ruhunu xatırlamaq deməkdir.
Xəbəri hazırladı: Qədirli Aysu
Qeyd: Bu xəbər Qəndab Quliyeva haqqında Vikipediya məqaləsindəki məlumatlara əsaslanaraq hazırlanmışdır.