
Bakıda "Azərbaycanfilm" kinostudiyası ərazisində partlayış olub - Xəsarət alan yoxdur
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən EmpaTV.az-a verilən məlumata görə, paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər görülür.