Mingəçevirdən Avropaya: Azərbaycanın enerji diplomatiyasında yeni mövqeyi - ARAŞDIRMA
Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olan Mingəçevirdə inşa edilən və regionun ən böyük enerji layihələrindən sayılan “8 Noyabr” Elektrik Stansiyası 2025-ci ilin iyun ayında rəsmi olaraq istifadəyə verilib. Açılış mərasimində Prezident İlham Əliyev, beynəlxalq tərəfdaş ölkələrin nümayəndələri və layihədə iştirak edən şirkət rəhbərləri iştirak ediblər.
Stansiyanın istismara verilməsi Azərbaycanın daxili enerji tələbatının daha dayanıqlı şəkildə ödənilməsinə, eyni zamanda elektrik enerjisi ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verəcək. Layihə həmçinin ölkənin texnoloji modernizasiya və “yaşıl enerji” gündəliyi çərçivəsində atdığı mühüm strateji addımlardan biri kimi qiymətləndirilir.