Bu gün Səyavuş Aslanın anım günüdür.
Azərbaycan teatr və kino sənətinin nəhəng siması, səhnəmizin əfsanələrindən, unudulmaz aktyor Səyavuş Aslan — 27 iyun tarixində dünyasını dəyişsə də, yaddaşlardan heç zaman silinmədi.
O, səhnədə sadəcə obrazlar yaratmırdı — o, səhnənin özünü yaşayırdı. Hər bir rolda xalqın bir parçasını, həyatın bir həqiqətini canlandırırdı. Onun ifasında komediya da, faciə də eyni dərəcədə təsirli idi.
Səyavuş Aslan təkcə aktyor deyildi, o, bir məktəb idi — istedadı ilə gənc nəslə yol göstərən, sənətə dürüstlük və sadəlik gətirən bir ustad idi.
Bu gün onu doğmalarından çox, xalqı xatırlayır. Çünki sənətkarın gerçək ünvanı elə xalqın ürəyidir.
"Səhnəyə çıxanda unudursan kim olduğunu. Sən kiminsə həyatı olursan..." – Səyavuş Aslan
Bu cür sənətkarlarımız heç vaxt unudulmur,daima sevilir, yaddaşlarda əbədiləşir.
Hazırladı: Qədirli Aysu