AQTA rəsmisi: Bu ilin ilk 5 ayında qida zəhərlənmələrinin 60 faizdən çoxu məişət zəminində baş verib

AQTA rəsmisi: Bu ilin ilk 5 ayında qida zəhərlənmələrinin 60 faizdən çoxu məişət zəminində baş verib


Azərbaycanda cari ilin ilk 5 ayı ərazində baş verən qida zəhərlənmələrinin 60 faizdən çoxu məişət zəminində baş verib.

Bunu açıqlamasında AQTA-nın qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova deyib.

Onun sözlərinə görə, hər il 600 milyona yaxın insan qida mənşəli xəstəliyə məruz qalır, onlardan 400 mini bu səbəbdən həyatını itirir:

“Statistika göstərir ki, dövriyyədə olan qidanı belə normalara uyğun saxlamadan istehlak etsək, qida zəhərlənməsi baş verə bilər. Bunun üçün gigiyenik qaydalara riayət etmək lazımdır. İstifadə edilən qidaların təzə olmasına və yararlıq müddətinə baxılmalıdır. Xüsusilə, ət məhsullarının 65 dərəcəyədək temperaturda yaxşı bişirilməsi tövsiyə olunur. Qidanı istehlak edəcəyimiz qədər hazırlamalıyıq. Bu həm israfçılığın, həm də qida zəhərlənməsinin qarşısını ala biləcək”.
Top