Azərbaycan mətbuatının günəşinin doğduğu gün...
Bu gün – iyunun 28-i milli jurnalistikamızın banisi, böyük maarifçi və ziyalı Həsən bəy Zərdabinin doğum günüdür.
Hər dəfə bu tarixə çatanda bir jurnalist olaraq qəlbimizdə başqa bir məsuliyyət oyanır: qələmimizi yalnız xəbər üçün deyil, xalq üçün tutduğumuzu xatırlayırıq.
1875-ci ilin isti bir iyul günündə çap edilən "Əkinçi" qəzetinin ilk nömrəsindəki sətirlərdən bu günə qədər uzanan bu yol – bir millətin oyanış yoludur. O yolun başlanğıcında isə Həsən bəy Zərdabi dururdu.
O, qələm tutdu, amma silah yox.
O yazdı , elmi, maarifi, xalqı sevdi.
O, "Əkinçi" dedi, çünki maarifçilik toxumu səpən bir mətbuatçının millət üçün biçəcəyi bir sabahı vardı...
Bu gün biz jurnalistlər yalnız xəbərləri deyil, qarşı tərəfə bilavasitə Zərdabinin ideyalarını da ötürürük. Onun işığında yaza bilməyi bacaran hər bir qələm sahibi üçün bu doğum günü sadəcə bir tarix deyil. Bu, vicdanın və həqiqətin doğum günüdür.
Yaxşı ki, Zərdabi var idi...
Və yaxşı ki, biz onun açdığı cığırla irəliləyirik...

Hazırladı : Aysu Qədirli