Muğamla səhnəyə yüksələn səda — Gülağa Məmmədov

Muğamla səhnəyə yüksələn səda — Gülağa Məmmədov


Ana kür!..
Yaşa Kürüm!
Hələ neçə ömür.
Yaşadacaq könüllər səni!
Bir gəlinsən yatağında,
Təbiətin qucağında,
Nazənin Kür,gözəl Kür!

Bu sətirlərdəki ahəng elə bir səsin nəfəsində doğuldu ki, onun oxuduğu hər bir muğam könüllərə axıb ürəklərdə iz saldı. Bu gün Azərbaycan muğam sənətinin incə ruhunu səsinə hopduran böyük sənətkar – xalq artisti Gülağa Məmmədovun doğum günüdür.

Gülağa Məmmədov səhnəyə təkcə bir sənətkar kimi yox, sanki muğamın can tapmış ruhu kimi çıxırdı, o, dinləyicilərin qəlbinə yol tapan nadir ifaçılardan idi. Onun "Bayatı Şiraz"ı ilə ağlayanlar, "Rast"ı ilə dirilənlər oldu...

Muğamı yaşadan və hiss etdirən bu nəhəng səs yalnız öz dövrünün deyil, bütün zamanların sənətkarıdır. Unutmadıq, unutmarıq... Gülağa Məmmədovun səsi hələ də efirlərdə, qəlblərdə, könüllərdə yaşayır.

Doğum gününüz mübarək, Gülağa müəllim! Ruhunuz şad olsun!

Hazırladı: Qədirli Aysu
Top