Bu gün Barat Şəkinskayanın doğum günüdür.
Bu gün Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Barat Şəkinskayanın doğum günüdür. Onun sənətə bəxş etdiyi töhfələr, səhnədə və ekranda yaratdığı obrazlar Azərbaycan tamaşaçısının yaddaşında silinməz izlər qoyub.
Barat xanım Şəkinskaya 1914-cü ildə Şuşa şəhərində dünyaya gəlib. Erkən yaşlarından aktyorluq sənətinə maraq göstərən sənətkar Azərbaycan Dövlət Dram Teatrının səhnəsində parlaq rollarla çıxış edərək böyük rəğbət qazanıb. O həmçinin "O olmasın, bu olsun", "Telefonçu qız", "Qızmar günəş altında" və "Görüş" kimi filmlərdə yaratdığı obrazlarla da tanınır və sevilir.
Dərin psixoloji çalarlarla zəngin rollar ifa edən Şəkinskaya təkcə sənəti ilə deyil, həm də zərif duruşu və intellektual səviyyəsi ilə Azərbaycan qadınının simvoluna çevrilib.
Barat Şəkinskaya 1999-cu ildə vəfat etsə də, sənətkarın parlaq yaradıcılığı bu gün də sevilərək izlənilir, gələcək nəsillər üçün örnək kimi yaşayır.
Barat Şəkinskayanı doğum günündə ehtiramla yad edirik!

Hazırladı: Aysu Qədirli