Rusiyada təyyarələr hava limanında toqquşub
Rusiyanın cənubunda, Soçi hava limanında iki təyyarə uçuş-enmə zolağında toqquşub.
Empatv.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Cənub Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Tümenə uçan təyyarə Norilskdən gələn təyyarə ilə uçuş-enmə zolağında toqquşub. Sərnişinlər, ekipaj üzvləri və xidmət personal xəsarət almayıb.
Aviasiya qəzası ilə bağlı Soçi Nəqliyyat Prokurorluğu araşdırma aparır. Heyət uçuş təhlükəsizliyi qanunvericiliyinə əməl edilib-edilmədiyini qiymətləndirəcək.
İdarənin təqdim etdiyi fotoşəkillərdən görünür ki, toqquşma nəticəsində təyyarənin qanadının bir hissəsi qoparaq digərinin stabilizatorunda ilişib.