Yekaterinburqda etnik zorakılıq : Azərbaycanlılara qarşı nifrət açıq formada nümayiş etdirildi !
İyunun 27-də Yekaterinburq şəhərində yaşayan azərbaycanlı soydaşlarımıza qarşı baş verən zorakılıq hadisəsi bir daha göstərdi ki, etnik mənsubiyyət hələ də bəzi dairələrin hədəf nöqtəsindədir. Sosial şəbəkələrdə yayılan görüntülər və şahid ifadələri bu vəhşiliyin təkcə məişət zorakılığının olmadığını, sistemli ayrı-seçkiliyin və irqçiliyin təhlükəli nəticəsi olduğunu sübut edir.Hadisə zamanı azərbaycanlı gənclər və ailə üzvləri fiziki təzyiqə, təhqirə və zorakılığa məruz qalıblar. Yalnız milli kimliklərinə görə küçədə, öz mənzillərində hücuma məruz qalan bu insanlar nə hüquq-mühafizə orqanlarından, nə də yerli cəmiyyət nümayəndələrindən dərhal dəstək ala biliblər. Əksinə, sükut və laqeydliklə qarşılanan bu zorakılıq hadisəsi bir daha göstərir ki, bəzi ölkələrdə milli azlıqların təhlükəsizliyi sadəcə kağız üzərində mövcuddur.
Bu hadisə sadəcə bir etnik qrupun üzvlərinə qarşı zor tətbiqi deyil, bu həm də soydaşlarımıza qarşı nifrət və aqressiyanın, qorxunun və dözümsüzlüyün dövlət səviyyəsində ört-basdır edilməsinin acı nəticəsidir. Və bəli, bu, bir cinayətdir – həm hüquqi, həm mənəvi baxımdan.
Azərbaycan ictimaiyyəti, medianın və diaspor təşkilatlarının bu hadisəyə sərt və prinsipial mövqedən yanaşması zəruridir. Hadisənin detallarının araşdırılması və günahkarların cəzalandırılması tələb olunmalı, beynəlxalq insan haqları təşkilatlarının bu fakt qarşısında susmaması üçün qlobal səviyyədə səslər yüksəlməlidir.
Hadisə ilə bağlı yalnız bu sual ortaya çıxır: Əgər zorakılıqla üz-üzə qalanlar ruslar özü olsaydı, bu hadisəyə də bu qədər laqeyd münasibət göstəriləcəkdimi?

Xəbəri hazırladı : Qədirli Aysu