Narkoman gənc valideynləri yaşayan evi yandırdı

Narkoman gənc valideynləri yaşayan evi yandırdı


Narkoman gənc valideynləri yaşayan evi yandırdıTürkiyədə narkotik aludəçisi yaşadığı evi yandırdı

Empatv.az xəbər verir ki, Antalyanın Kepez mahaləsində yerləşən bir binanın ikinci mərtəbəsində yanğın baş verib. Yanğın vaxtında müdaxilə nəticəsində böyümədən söndürülsə də mənzilin mətbəx hissəsi yararsız hala düşüb.
Evin sahibi Ali A. yanğını 34 yaşlı və narkotik asılısı olan oğlu B.A-nın törətdiyini söyləyib.
O, oğlunun dəfələrlə evlərini yandırmaqla hədələdiyini, hadisə zamanı şəhər xaricində olduğunu qeyd edib.
Ali A. dəfələrlə polisə şikayət ərizəsi yazmasına baxmayaraq oğlunun sərbəst buraxıldığını da qeyd edib
"Bu səbəbdən ailəm təhlükədədir. O təkcə bizə deyil, hər kəsə zərər verir."
Hadisə yerinə gələn anası da göz yaşlarını saxlaya bilməyib. Qadın oğlunun bir daha geri qayıtmamasını arzulayıb.
Top