Xalq artisti Nəzakət Teymurova 53 yaşında – Muğamın səhnədəki nəfəsi

Xalq artisti Nəzakət Teymurova 53 yaşında – Muğamın səhnədəki nəfəsi


Bu gün Azərbaycanın muğam sənətinin tanınmış nümayəndəsi, Xalq artisti Nəzakət Teymurovanın doğum günüdür. İfa etdiyi muğamlarla xalqın könlünü oxşayan, milli musiqimizi həm ölkə daxilində, həm də xaricdə uğurla təbliğ edən sənətkar 53 yaşını qeyd edir.

Nəzakət Teymurova özünəməxsus səs tembri, muğamı dərindən duymaq və yaşatmaq bacarığı ilə muğam ifaçılığına yeni nəfəs gətirib. O, səhnəyə çıxan ilk gündən tamaşaçıların rəğbətini qazanmağı bacarıb. Xanəndənin ifasında muğam bir başqa məna qazanır – onun səsi sadəcə musiqi deyil, eyni zamanda duyğunun, tariximizin, xalq ruhunun canlı ifadəsidir.
Zəngin repertuarı, peşəkar yanaşması və musiqi mədəniyyətimizə verdiyi töhfələr sayəsində Nəzakət Teymurova 2005-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. O eyni zamanda bir çox beynəlxalq festivallarda ölkəmizi təmsil edərək Azərbaycanın milli musiqi irsinin tanıdılmasında mühüm rol oynayıb.
Sənətkarın uğurlu fəaliyyəti gənc xanəndələr üçün də nümunədir. Onun sənətə yanaşması, muğama olan ehtiramı, səhnədəki duruşu illərdir ki, azərbaycanlı dinləyicilərlə yanaşı, dünya musiqisevərlərinin də diqqətini çəkir.

Doğum günü münasibəti ilə Xalq artisti Nəzakət Teymurovanı təbrik edir, ona sağlam ömür, tükənməz ilham və yeni yaradıcılıq uğurları arzulayırıq. Muğamımızın səhnədəki nəfəsi olan sənətkarın səsi daim ucalardan gəlsin!

Hazırladı : Qədirli Aysu
Top