
“Qartal”ın doğum günü: Nurlan Hüseynovun xatirəsinə... Hər kəsə vətənpərvərlik ruhu aşılayan bir ömür tarixçəsi...
Bu gün həyatını Vətənə həsr etmiş igid oğul, şəhid Nurlan Hüseynovun doğum günüdür. O yalnız döyüş meydanında deyil, eyni zamanda idman arenasında da öz adını qızıl hərflərlə tarixə yazdırmağı bacarmışdı.
1992-ci ildə dünyaya gələn Nurlan Hüseynov həyatının hər anında iradə, peşəkarlıq və vətənpərvərlik nümayiş etdirib. Türkiyədə 24 ölkənin iştirak etdiyi beynəlxalq atıcılıq yarışmasında birinci yerə layiq görülməsi onun hərbi və idman bacarıqlarının bir simvoluna çevrildi. Elə bu uğuruna görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Qartal” ləqəbi ilə şərəfləndirilmiş, qızıl saat və üzərində qartal simvolu olan xüsusi üzüklə təltif olunmuşdu.
Şəhid Nurlan Hüseynov 44 günlük Vətən müharibəsində Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. O yalnız cəbhə xəttində deyil, həm də xalqın yaddaşında bir qəhrəman kimi iz qoydu. Göstərdiyi şücaətə görə bir sıra medallarla – “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” mükafatları ilə təltif olunub. Həmçinin “Rəşadət” ordeni də onun adını tarixə yazan yüksək dövlət mükafatlarından biridir.
Şəhid Nurlan Hüseynov ailəli idi. Onun ömrü qısa olsa da, qəhrəmanlığı bir ömür boyu xalqın yaddaşından silinməyəcək. Hər anı vətən üçün döyünən bir qəlbin simvoluna çevrilən bu igid övladın adı gələcək nəsillərə örnəkdir.
Ruhu şad, məkanı cənnət olsun!
Unutmadıq, unutmarıq, unutdurmarıq...
1992-ci ildə dünyaya gələn Nurlan Hüseynov həyatının hər anında iradə, peşəkarlıq və vətənpərvərlik nümayiş etdirib. Türkiyədə 24 ölkənin iştirak etdiyi beynəlxalq atıcılıq yarışmasında birinci yerə layiq görülməsi onun hərbi və idman bacarıqlarının bir simvoluna çevrildi. Elə bu uğuruna görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Qartal” ləqəbi ilə şərəfləndirilmiş, qızıl saat və üzərində qartal simvolu olan xüsusi üzüklə təltif olunmuşdu.

Şəhid Nurlan Hüseynov ailəli idi. Onun ömrü qısa olsa da, qəhrəmanlığı bir ömür boyu xalqın yaddaşından silinməyəcək. Hər anı vətən üçün döyünən bir qəlbin simvoluna çevrilən bu igid övladın adı gələcək nəsillərə örnəkdir.
Ruhu şad, məkanı cənnət olsun!
Unutmadıq, unutmarıq, unutdurmarıq...
Xəbəri hazırladı : Aysu Qədirli