İlk qadın bəstəkarımızı ehtiramla anırıq – bu gün Ağabacı Rzayevanın doğum günüdür.
Bu gün Azərbaycan musiqi tarixində mühüm yer tutan ilk qadın bəstəkar – Ağabacı Rzayevanın doğum günüdür. 1912-ci il iyulun 5-də dünyaya gəlmiş sənətkar təkcə ölkəmizin deyil, bütün Şərqin musiqi tarixində peşəkar təhsil almış ilk qadın bəstəkar kimi yadda qalıb.
Ağabacı Rzayeva 1935 –1944-cü illərdə Azərbaycan xalq çalğı alətləri orkestrində tarzən kimi çıxış etmiş, musiqiçi və ifaçı olaraq da seçilən sənətkar olmuşdur. Onun ilk əhəmiyyətli musiqi əsəri — "Vətənpərvərlik Marşı" 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün yazılıb və milli ruhun təcəssümü kimi yadda qalıb.
Zəngin yaradıcılığı ilə seçilən bəstəkar həmçinin "Mübahisə etmə" musiqili komediyasının (1965, İ.Quliyevlə birlikdə), simli kvartet üçün pyeslərin, yeddi romansın (dahi şair Nəsiminin sözlərinə), eləcə də 60-dan çox uşaq mahnısının müəllifidir. Onun “Kukla”, “Qaranquş”, “Mənim ağ göyərçinim”, “Sabahkı günün ustaları”, “Kiçik kapitan”, “Mən qərənfiləm” kimi əsərləri bu gün də yeni nəsillərin musiqi yaddaşında yaşayır.
Ağabacı Rzayeva 1975-ci ildə dünyasını dəyişsə də, yaratdığı musiqi irsi ilə bu gün də qürur mənbəyimizdir. Onun adı Azərbaycan musiqi tarixinə əbədi həkk olunub.

Hazırladı: Qədirli Aysu