Azərbaycan güləşçiləri AÇ-nin son günündə 1 gümüş, 2 bürünc medal qazanıblar

Azərbaycan güləşçiləri AÇ-nin son günündə 1 gümüş, 2 bürünc medal qazanıblar


Azərbaycan güləşçiləri İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatının son günündə 1 gümüş, 2 bürünc medal qazanıblar.

Empatv.az xəbər verir ki, Omar Gülməmmədov (74 kq) ukraynalı Boqdan Oliynikə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gələrək üçüncü yeri tutub.

Anar Cəfərli (92 kq) gürcüstanlı Sandro Kuraşvilini 7:4 hesabıyla üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bəşir Verdiyev (61 kq) bürünc medal görüşündə gürcüstanlı Saba Qambaşidzeyə sonuncu xal prinsipinə əsasən (9:9), Məhəmməd Abbaszadə (86 kq) isə ermənistanlı Razmik Yepremyana 0:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətləniblər.

Çempionatın son qarşılaşmasında Yusif Dursunov (125 kq) finalda rusiyalı İnal Qaqloyevə 0:11 hesabıyla uduzub və 2 il əvvəl olduğu kimi, gümüş medalı boynundan asıb.
Top