
“İçəri Şəhər” filmi İncəsənət Muzeyində nümayiş olunacaq !
9 iyul saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində rejissor İlqar Safatın “İçəri Şəhər” filmi nümayiş olunacaq. Giriş sərbəstdir.
Azərbaycan kinosunun müasir nümunələrindən biri olan “İçəri Şəhər” filmi “Muzeydə kino” layihəsi çərçivəsində tamaşaçılara təqdim olunacaq. Qeyd edək ki,filmdə hadisələrin mərkəzində klassik musiqi, incəsənət və insan münasibətləri dayanır. Filmdə obrazlar notlar üzərində qurulan həyat fəlsəfəsini, ruhun zərifliklərini və şəhərin köhnə divarları arasındakı dərin sükutu əks etdirir.Nümayiş İncəsənət Muzeyində,Niyazi küçəsi 9/11 ünvanında baş tutacaq. Bu, filmsevərlər və klassik ruhlu tamaşaçılar üçün həm nostalji, həm də estetik baxımdan xüsusi görüş olacaq.
Tarix: 9 iyul
Saat: 18:00
Məkan: Azərbaycan Milli İncəsənət Muzeyi
Giriş: Sərbəstdir

Tarix: 9 iyul
Saat: 18:00
Məkan: Azərbaycan Milli İncəsənət Muzeyi
Giriş: Sərbəstdir
Xəbəri hazırladı : Qədirli Aysu